Dünyanın ən güclü MRT cihazı sınaqdan keçirildi - FOTO

10:40 - 3 Aprel 2024

Dünyanın ən güclü MRT cihazı sınaqdan keçirildi - FOTO

Fransa Atom Enerjisi və Alternativ Enerji Agentliyi (CEA) dünyanın ən güclü maqnit rezonans görüntüləmə (MRT) cihazı ilə əldə edilən insan beyninin ən aydın görüntüsünü paylaşıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, "Iseult" adlı MRT cihazı ilə çəkilmiş beyin şəklinin 20 ildən çox davam edən araşdırma nəticəsində əldə edildiyi bildirilib.

Araşdırmalar çərçivəsində MRT cihazının son bir neçə ayda təxminən 20 sağlam könüllü üzərində sınaqdan keçirildiyi və görüntülərin təxminən 4 dəqiqə ərzində əldə edildiyi qeyd edilib.

Bildirilib ki, “Iseult” MRI aparatı ilə qısa müddətdə çəkilən görüntülərin xəstəxanalarda çox istifadə edilən cihazlarla əldə edilməsi saatlar çəkə bilər.

“Iseult” MRT cihazı ilə əldə edilən ultra detallı anatomik məlumatların Alzheimer və Parkinson kimi xəstəliklərin diaqnozuna kömək edəcəyi gözlənilir.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin