Misli Premyer Liqasının VI turunda "Neftçi" səfərdə "Qəbələ"yə qalib gəlib.
Manset.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matçda "ağ-qaralar" 3:0 hesablı qələbəyə seviniblər.
25-ci dəqiqədə Breno Almeyda hesabı açıb. 86-cı dəqiqədə Adeleke Akinyemi fərqi iki topa yüksəldib. Yekun nəticəni isə 90+2-ci dəqiqədə Lyubomir Tupta müəyyənləşdirib.
Bu matç həmçinin "Neftçi"nin ölkə futbolu tarixində yüksək dəstədə keçirdiyi 1000-ci oyun kimi tarixə düşüb. Bununla da Bakl klubu Azərbaycan çempionatlarında bu rəqəmə çatan ilk Azərbaycan klubu olub.
Qeyd edək ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv 15 xalla liderliyə yüksəlib. "Qəbələ" isə 4 xalla səkkizincidir.
Xatırladaq ki, tura sentyabrın 20-də yekun vurulacaq.