Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO
27 İyul 2024
14:54 - 3 Aprel 2024
Vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Xoşbəxt Quliyev Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, həmin şəxs zərərçəkənləri müxtəlif dövlət qurumlarında işlə təmin etmək, sosial yardım düzəltmək və digər vədlərlə aldadaraq onların pul vəsaitlərini ələ keçirib.
X.Quliyev dələduzluq etdiyi şəxslərə özünü “Tuncay” adı ilə təqdim edib. Məhkəmənin qərarı ilə X.Quliyev barəsində həbs-qətimkan tədbiri seçilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polisə müraciət edə bilərlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin