Nazir özünə yeni müşavir təyin etdi

16:20 - 3 Aprel 2024

Nazir özünə yeni müşavir təyin etdi

Elm və təhsil nazirinə yeni müşavir təyin olunub.

 

Manset.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Azər Abizadə nazir müşaviri təyin edilib. 

Qeyd edək ki, Azər Abizadə bakalavr təhsilini Türkiyənin Boğaziçi Universitetində biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə bitirib. 2012-ci ildə ABŞ-nin Roçester Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.

Elə həmin ildən ADA Universitetində baş müəllim, 2017-ci ildən isə dosent olaraq çalışıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin