Survivor Turabi anasına səsləndi: “Kaş o gecə atamı otağına buraxmasaydın”

16:56 - 3 Aprel 2024

Survivor Turabi anasına səsləndi: “Kaş o gecə atamı otağına buraxmasaydın”

"Survivor"dakı performansı ilə məşhur olan və zədəsi səbəbindən "All Star"dan kənarlaşdırılan Turabi Çamkıran sosial media hesabındakı paylaşımları ilə gündəm olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Turabi 2,3 milyon izləyicisi olan İnstaqram hesabında gənclik fotosunu paylaşaraq anasına səslənib.

Turabi "Bax, Meryem Sultan. Etdiklərini bəyənirsən? Kaş ki, o gecə atamı otağına buraxmasaydın, insanlara bu tipi bəla etməsəydin” deyib.

Turabi paylaşımında, "Kimin ağlına gələrdi ki, bu tip milyonlarla dollar qazanacaq və dünyanın bir nömrəli "Reality TV Show" ulduzu olacaq. Arzularınızdan vaz keçməyin gənclər. Əgər bu tip uğurlu oldusa, siz də ola bilərsiz! Tipə baxın. Övladım olsa sevməzdim bu tipi. Ana ata üzrlü sayın 14 il evinizde bu tipe tab gətirdiyiniz üçün. İndi anladım niyə mən gənc yaşda evdən qaçanda mənə mane olmadınız. Evimdə belə bir tip olsa get lənət deyə-deyə qovardım evdən” ifadələrindən istifadə edib.

Əfsanə Rəcəb

Manşet.az    

 



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin