Zaxarova “Crocus” terroru ilə bağlı ABŞ-nin xəbərdarlığı iddiasına münasibət bildirdi

17:10 - 3 Aprel 2024

Zaxarova “Crocus” terroru ilə bağlı ABŞ-nin xəbərdarlığı iddiasına münasibət bildirdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb mətbuatında “Crocus City Hall”dakı terror aktından iki həftə əvvəl ABŞ-nin Rusiyaya mümkün hücum barədə xəbərdarlıq göndərdiyini barədə xəbərləri saxtakarlıq adlandırıb.

 

Manset.az xəbər verir ki, onun sözlərinə görə ABŞ-nin saxta məlumatlar yayıb, sonra da öz bəyanatlarından imtina etməsinə çox öyrəşib, bu səbəbdən qarşı tərəfdən bu mövzuda faktoloji material tələb edilməsini istərdi.

Zaxarova, həmçinin konsert zalında gözlənilən terror aktı ilə bağlı ABŞ-dən “bu məlumatı nə vaxt və kimə ötürdüklərini” öyrənməyi xahiş edib.

Qeyd edək ki, bundan əvvəl “The Washington Post” yerli rəsmilərə istinadla ABŞ-nin terror aktından iki həftə əvvəl Rusiyaya “Crocus”un terrorçuların potensial hədəflərindən biri olduğu barədə məlumat verdiyini yazmışdı.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin