Hindistanda zavodda reaktor partladı - ölənlər var

19:50 - 3 Aprel 2024

Hindistanda zavodda reaktor partladı - ölənlər var

Hindistanın cənubundakı Telanqana əyalətindəki kimya zavodunda güclü partlayış baş verib.

 

Manset.az  xarici mətbuata istinadən xəbər verir ki, reaktorun partlayışı zamanı binada 50-yə yaxın insan olub.

İlkin məlumata görə, azı 5 nəfər həlak olub, 10 nəfər dağıntılar altında qalıb. Ölü və yaralı sayının artacağı istisna edilmir.

Stansiyada daha bir reaktorun partlama ehtimalı var.

Yaxınlıqdakı ərazilərdən insanlar təxliyə edilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin