Ötən il ən çox hansı ölkələrdən Azərbaycana pul köçürülüb

00:00 - 14 Aprel 2024

Ötən il ən çox hansı ölkələrdən Azərbaycana pul köçürülüb

2023-cü ildə Azərbaycana 1 milyard 655 milyon ABŞ dolları məbləğində pul baratları daxil olub.

 

Manset.az  Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, 2022-ci illə müqayisədə 54,3 % azdır.

Köçürmələrin böyük hissəsi - 1 milyard 47 milyon dolları Rusiyanın payına düşüb.

Pul köçürmələrində ikinci yeri Türkiyə tutub. Ötən il Türkiyədən Azərbaycana 164 milyon 316 min ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 34,5 % çoxdur. İl ərzində Türkiyədən Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 3,4 %-dən 9,9 %-ə çatıb.

2023-cü ildə Azərbaycandan Türkiyəyə isə 146 milyon 140 min ABŞ dolları pul köçürülüb. Hesabat dövründə Azərbaycandan Türkiyəyə pul köçürmələrinin ümumi köçürmələrdə payı 26,2 %-dən 26,6 %-ə çatıb. 

ABŞ-dən Azərbaycana 73,8 milyon ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 2,1 dəfə azdır. Bu ölkədən Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 4,3 %-dən 4,5 %-ə çatıb.

Gürcüstandan Azərbaycana isə 37,5 milyon ABŞ dolları pul köçürülüb. Bu, 2022-ci illə müqayisədə 29,8 % çoxdur.

Ötən il Azərbaycana daha çox pul köçürənıər arasıda Böyük Britaniya (33,2 milyon ABŞ dolları) da yer tutub.


Xəbər xətti

24 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin