“Tesla” işçilərinin 10 faizindən çoxunu ixtisar edəcək

17:06 - 15 Aprel 2024

“Tesla” işçilərinin 10 faizindən çoxunu ixtisar edəcək

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla işçilərinin 10 faizindən çoxunu ixtisar edəcək.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Reuters-in Electrek saytı xəbər dərc edib.

Bildirilib ki, getdikcə rəqabətli elektrikli avtomobil bazarında tələbin azalması səbəbindən çətin vəziyyətdə olan Tesla, menecerlərdən əhəmiyyətli komanda üzvlərini müəyyənləşdirmələrini istəyib.

Son bir neçə ayda işçilərinə verdiyi bəzi fond mükafatlarını dayandırıb və bəzi işçilərin illik qiymətləndirmələrini ləğv edib.

Bazar dəyəri baxımından dünyanın ən böyük avtomobil istehsalçısı olan Tesla-nın illik hesabatına görə, 2023-cü ilin dekabr ayı etibarilə dünya üzrə 140 min 473 işçisi var.

Şirkətin təxminən 15 min işçisini ixtisar edəcəyi gözlənilir.

Tesla keçən ilin fevral ayında Nyu-Yorkda işçilərinin 4 faizini işdən çıxarmışdı.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin