Aparıcının düşdüyü qəzada ölən var - YENİLƏNDİ (VİDEO)

10:10 - 17 Aprel 2024

Aparıcının düşdüyü qəzada ölən var - YENİLƏNDİ (VİDEO)

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı məlumat yayıb.

 

Qurumun Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Manset.az-a bildirib ki, Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub.

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

***

Aparıcı Aytən Səfərova ağır avtomobil qəzasına düşüb. 

Manset.az xəbər verir ki, bu barədə A.Səfərova Bizim.Media-ya açıqlamasında bildirib. 

O qısa olaraq vurğulayıb ki, qəza nəticəsində müxtəlif bədən xəsarətləri alıb.

Hazırda müayinə üçün o, Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Aparıcı səhhətinin ağır olduğunu qeyd edib. 

 


Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin