“WhatsApp”da işimizi asanlaşdıracaq yeni funksiya - FOTO

13:38 - 17 Aprel 2024

“WhatsApp”da işimizi asanlaşdıracaq yeni funksiya - FOTO

"WhatsApp" tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün messencerə üç filtr əlavə ediblər.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə şirkətin bloqunda bildirilib.

Tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbət tapmağa kömək edəcək.

Belə ki, messencerə üç filtr əlavə edilib: "Hamı", "Oxunmamış" və "Qruplar".

"Hamı" filtrini seçərkən istifadəçi bütün yazışmalarını görəcək.

"Oxunmamış" seçimini etsəniz, cavabsız qalan söhbətlər - oxunmamış mesajlarla söhbətlər və istifadəçi tərəfindən oxunmamış kimi qeyd olunan mesajlar göstəriləcək.

Üçüncü filtr - "Qruplar" icma alt qrupları da daxil olmaqla, bütün qrup yazışmalarını qrup göstərəcək.

Yenilik hazırda inkişaf mərhələsindədir. Yaxın gələcəkdə WhatsApp istifadəçiləri üçün əlçatan olacaq.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin