Əhalisinin sayı 1,441 milyarda çatan Hindistan 1,425 milyard əhalisi olan Çini geridə qoyaraq "dünyada ən çox insanın yaşadığı ölkə" olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondu (UNFPA) 2024-cü il üzrə Dünya Əhalisinin Vəziyyəti Hesabatını " Qarışıq Həyatlar, Ümid İpləri: cinsi və reproduktiv sağlamlıq və əlaqəli bərabərsizliklərin sona çatması" başlığı ilə dərc edib.
Bu ilki hesabatda qeyd olunub ki, dünyada cinsi və reproduktiv sağlamlıq sahəsində bərabərsizliklər artmaqdadır.
Əfsanə Rəcəb
Manşet.az