Akademik Zərifə Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

19:36 - 19 Aprel 2024

Akademik Zərifə Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

YAP Yasamal rayon təşkilatının “İ.Qutqaşınlı küç. 7/9” (10 saylı uşaq poliklinikası) ərazi partiya təşkilatında Akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib.

 

Manset.az-ın məlumatına görə, ilk öncə Dövlət Himni səsləndirilib.Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş video çarx nümayiş etdirilib.

Giriş nitqi ilə çıxış edən 10 saylı uşaq poliklinikasının baş həkimi Aygün Məmmədova  qayğıkeş həkim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Dövrün zəngin ədəbi mühitində boya-başa çatan Zərifə xanımın Azərbaycan ziyalısının ən gözəl nümunələrini təcəssüm etdirdiyi,  Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirdiyi vurğulanıb. Həmçinin həkim oftalmoloqların yetişməsində, çoxsaylı elmi tədqiqatların, məqalə və monoqrafiyaların hazırlanmasında Zərifə xanımın böyük xidmətləri olduğu qeyd edilib.

Çıxış edən YAP Yasamal rayon təşkilatın sədri Bəxtiyar Nəbiyev Zərifə xanım Əliyevanı dəyərli alim, mehriban və qayğıkeş oftalmoloq həkim kimi xarakterizə edib. Bildirib ki, Azərbaycan oftalmologiya elmi məktəbinin banisi, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və yaxın silahdaşı, müasir qüdrətli dövlətimizin başçısı və müzəffər Ali Baş Komandan İlham Əliyevin anası Zərifə xanım Əliyeva zəngin və şərəfli ömür yolu keçib, çoxşaxəli uğurlu fəaliyyətləri ilə xalqımızın qəlbində əbədi izlər qoyub. Şəxsiyyətin formalaşmasında ailə mühitinin rolundan danışan Bəxtiyar Nəbiyev xalqımıza və dövlətimizə qalib lider yetişdirən Zərifə xanım Əliyevanı qəhrəman və cəfakeş ana kimi səciyyələndirib. Bəxtiyar Nəbiyev Prezident İlham Əliyev kimi müdrik şəxsiyyət və qəhrəman sərkərdəyə sahib olduğumuz üçün Zərifə xanıma borclu olduğumuzu bildirib.
Sonra çıxış edən məruzəçilər baş həkimin müavini Qüdrətzadə Lalə, oftolmoloq Əliyeva Sevda və Ağamalıyeva Nəzakət  çıxışlarında Azərbaycan xalqının görkəmli simalarından olan Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıblar. Onun şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu söyləyiblər.
 



Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin