MMA turnirində iranlı və ermənistanlı döyüşçülər arasında gərgin anlar - VİDEO

22:59 - 20 Aprel 2024

MMA turnirində iranlı və ermənistanlı döyüşçülər arasında gərgin anlar - VİDEO

Rusiyanın paytaxtı Moskvada qarışıq döyüş sənəti (MMA) üzrə keçirilən “Hardkor” turnirində kütləvi dava baş verib.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, erməni döyüşçü Arkadi Osipyan və iranlı idmançı Əli Heybəti arasında rinqdən kənarda baş verən dava kütləvi qarşıdurmaya çevrilib.

Məlumata görə, Əli Heybəti “ring girl”a təpik vurub. İranlı kütləvi davada iştirak etdiyi üçün cərimələnəcək və yarışlardan kənarlaşdırılacaq.

Qeyd edək ki, döyüşçülər və təhlükəsizlik işçiləri də daxil olmaqla bir neçə nəfər döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Tərəflər arasında qarşıdurmanın əsas səbəbi isə araşdırılır.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin