“ABŞ-nin yardımla bağlı qərarı qlobal böhranı daha da gərginləşdirəcək” - Zaxarova

23:39 - 20 Aprel 2024

“ABŞ-nin yardımla bağlı qərarı qlobal böhranı daha da gərginləşdirəcək” - Zaxarova

“ABŞ-nin Kiyevə hərbi yardım ayırması birbaşa terror fəaliyyətinə sponsorluq etməsidir”.


Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün “Telegram” kanalında bildirib.
“ABŞ-nin Ukrayna, İsrail və Tayvana hərbi yardım ayırması qlobal böhranı daha da gərginləşdirəcək. Kiyev rejiminə hərbi yardım birbaşa terror fəaliyyətinin sponsorluğudur, Tayvana - Çinin daxili işlərinə müdaxilə, İsrailə - birbaşa regionda misli görünməmiş gərginliyin eskalasiyasına aparan yoldur”, - deyə Zaxarova qeyd edib.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin