Azərbaycanla Ermənistan arasında sürətli irəliləyişləri gözləyirik - Norveç XİN

16:39 - 21 Aprel 2024

Azərbaycanla Ermənistan arasında sürətli irəliləyişləri gözləyirik - Norveç XİN

Norveç Azərbaycanla Ermənistan arasında regiona fayda verəcək sürətli irəliləyişləri gözləyir.

 

Manset.az xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin dövlət katibi Eyvind Vad Peterssonun "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.

“Norveç Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyası prosesində razılaşmanın əldə olunması barədə sevindirici xəbəri alqışlayır, biz bu mühüm işdə hər iki ölkəyə və bütün regiona fayda verəcək nəticələrə nail olmaq üçün sürətli irəliləyişi gözləyirik”, - paylaşımda qeyd edilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin