İsraildə Həmas hücumundan sonra ilk istefa

17:31 - 22 Aprel 2024

İsraildə Həmas hücumundan sonra ilk istefa

İsrail Müdafiə Qüvvələrinin general-leytenantı Aharon Haliva HƏMAS-ın oktyabrın 7-də hücumundan sonra kəşfiyyatın uğursuz olduğunu etiraf edərək təqaüdə çıxacağını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Haliva İsrail hərbi kəşfiyyatının zəifliyini etiraf etdiyi məktub yazıb.

Haliva məktubunda, “Müharibənin dəhşətli ağrısını əbədi olaraq daşıyacağam” deyib.  

Qeyd edək ki, Haliva HƏMAS hücumundan sonra vəzifəsini tərk edən ilk yüksək vəzifəli məmur olub. İsrailin hadisədən sonra başlatdığı və aylardır davam etdirdiyi hücumlarda təxminən 34 min fələstinli həyatını itirib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin