Bu şəxslərin təyyarə ilə səyahət etməsi təhlükəlidir

12:36 - 23 Aprel 2024

Bu şəxslərin təyyarə ilə səyahət etməsi təhlükəlidir

Kardioloq yay tətili ərəfəsində tətilə uçmağı planlaşdıranları sağlamlıq durumlarını nəzərə almağa çağırıb. Bəziləri üçün təyyarədə olmaq ciddi sınaq ola bilər.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bunu kardioloq Olqa Bokeriya deyib.

Həkimin sözlərinə görə, insan sağlamdırsa, uçuş zamanı bədəninin vəziyyətindən narahat olmağa ehtiyac yoxdur. Koroner ürək xəstəliyi, aritmiya, ürək çatışmazlığı və ağciyər hipertoniyasından əziyyət çəkənlər xəstəliyin kəskinləşməsi riskinin olduğunu başa düşməlidirlər.

Təyyarədə az oksigen, aşağı təzyiq, quru hava var. İnsan bir neçə saat kresloda hərəkətsiz oturduğuna görə qan laxtaları əmələ gələ bilər.

Əgər insan səhhətində problemlərdən xəbərdardırsa, səfər ərəfəsində həkimə müraciət etməli və lazım gələrsə, dərman ehtiyatı saxlamalıdır.

Kardioloq uçuş zamanı vaxtaşırı ayağa qalxmağı, ayaq və baldırlarınız üçün məşqlər etməyi və kifayət qədər su içməyi tövsiyə edir.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin