Nigeriyanın Katsina əyalətinin Kankari rayonunda baş verən silahlı hücumda 15 nəfərin həyatını itirdiyi bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücumda çoxu qadın olmaqla çoxlu adam qaçırılıb.
Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçinin terror təşkilatları Boko Haram və İŞİD-in Qərbi Afrika qolu ISWAP-ın hücumlarına məruz qalıb.
Əfsanə Rəcəb
Manşet.az