Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

18:51 - 23 Aprel 2024

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib.

 

Manset.az  xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb.

“Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin əməkdaşı Abdullayev Abbas Məmməd oğlu ilə həmin qurumda mühəndis kimi çalışan həyat yoldaşı Namazlı Səadət Faddin qızının övladı dünyaya gəlib.

Rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi Xankəndi şəhərində 33 ildən sonra ilk azərbaycanlı körpənin dünyaya göz açması qürurverici hadisə olmaqla yanaşı, bu torpaqlarda həyatın yenidən canlanmasının daha bir müjdəsidir.

Qeyd edək ki, gənc ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ailəyə Xankəndi şəhərində mənzil ayrılıb”, - məlumatda qeyd olunub.


Xəbər xətti

26 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin