“Bakcell”in süni intellekt dəstəkli robotu insanları Bulvara çağırır

20:12 - 24 Aprel 2024

“Bakcell”in süni intellekt dəstəkli robotu insanları Bulvara çağırır

“Bakcell”in sosial mediada paylaşdığı sonuncu videolarda musiqi ulduzları Röya və Miri Yusif bütün ölkəni yeniliyə səsləyib.

 

Manset.az  xəbər verir ki, məşhur simalarla yanaşı, ən çox təəccüb yaradan süni intellekt dəstəkli robot olub.

İnsanabənzər robot da Azərbaycan dilində danışığı ilə Bulvardakı konsertə dəvət mesajı göndərib.

Robotla bağlı hələ ki dəqiq məlumat olmasa da, görünür, Bakcell 25 aprel, 18:00-da Bakı Bulvarında baş tutacaq konserti ilə bütün Azərbaycana innovasiyalarla dolu bir təcrübə yaşadacaq.

Bundan əlavə, ötən günlərdə 100 000 GB hədiyyə veriləcəyini bildirən Bakcell, Tünzalə Ağayeva, Natiq Ritm Qrupu, Murad Arif kimi məşhur simalarını açıqlamışdı. Maraqlıdır, Bakcell hansı yenilikləri ictimaiyyətə bölüşəcək? Detalları 25 aprel 18:00-da Bulvarda biləcəyik.



Xəbər xətti

24 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin