“Formula 1”in yeni komandasının ilk pilotu o oldu

22:30 - 26 Aprel 2024

“Formula 1”in yeni komandasının ilk pilotu o oldu

2026-cı il mövsümündə yarışlara başlayacaq “Audi” Formula 1 komandası pilot Niko Hülkenberqlə müqavilə imzaladığını açıqlayıb.

 

Manset.az  xəbər verir ki, alman bu mövsümdən sonra “Haas”ı tərk edir və 2025-ci il mövsümündə “Sauber”də olacaq.

“Sauber” 2026-cı ildə adını dəyişərək “Audi” olacaq. Alman avtomobil nəhəngi artıq “Sauber”i alıb və zavod komandası kimi F1-də iştirak etməyə hazırlaşır, lakin yenə də köhnə brend altında növbəti çempionatı keçirəcək.

36 yaşlı Hülkenberq bu mövsüm autsayder “Haas”ın heyətində 4 xal toplayıb.

“Audi” komandanın bir nömrəsi üçün Karlos Sayntsı nəzərdən keçirir.


Xəbər xətti

25 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin