Almaniyada futbolçu gecə klubunda döyüldü: Burnu sındı

19:14 - 29 Aprel 2024

Almaniyada futbolçu gecə klubunda döyüldü: Burnu sındı

Almaniyanın ikinci Bundesliqa təmsilçisi “Herta” klubunun futbolçusu Aimen Barkok gecə klubunda döyülüb


Manset.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Üzündən xəsarət alan futbolçu xəstəxanaya yerləşdirilib.

"Bild" xəbər verir ki, futbolçunun burnu və yanaq sümüyü sınıb. O, əməliyyat olunub və hazırda xəstəxanadadır. Futbolçunun mövsümün qalan hissəsini buraxmaq riski var, hücumçular hələ də tapılmayıb.

Barkok Almaniya və Mərakeş vətəndaşlığına malikdir. O, Mərakeş millisində 18 oyun keçirib, 1 qol vurub.

“Herta” 45 xalla 2-ci Bundesliqanın turnir cədvəlində səkkizinci yerdədir. Turnirə 63 xalla “Sent Pauli” başçılıq edir. 

Jalə

Manşet.az


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin