ABŞ-da çəkilən bu görüntü hər kəsi şoka saldı - FOTO

19:44 - 29 Aprel 2024

ABŞ-da çəkilən bu görüntü hər kəsi şoka saldı - FOTO

Mişel Reyes adlı qadının ABŞ səmasında şahidi olduğu görüntü sensasiyaya səbəb olub.

 
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nyu-York üzərində uçarkən pəncərədən bayıra baxan qadın naməlum uçan obyekt (UNO) görüb və dərhal telefonunu götürərək həmin anları lentə alıb. 

ABŞ-da bir televiziya kanalına gördüklərini izah edən Mişel Reyes deyib: "Görüntünü digər sərnişinlər də gördü".

O, hətta sözügedən video qeydini keçmiş ABŞ əsgəri atasına da göndərdiyini deyib.

Dünyaca məşhur UNO detektivi Ben Hansen sosial mediada verdiyi açıqlamada "Bunun real olmadığına dair heç bir dəlil tapmadıq, bu qeyri-adi bir vəziyyətdir" deyib.

Jalə

Manşet.az



Xəbər xətti

13 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin