Pakistanda leysan yağışları insan ölümünə səbəb oldu

17:37 - 30 Aprel 2024

Pakistanda leysan yağışları insan ölümünə səbəb oldu

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində 3 gündür davam edən güclü yağışlar nəticəsində 17 nəfər həyatını itirib, 23 nəfər isə yaralanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şiddətli yağış səbəbindən 116 ev dağılıb, bəzi yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

Digər tərəfdən, 148 baş iribuynuzlu heyvanın tələf olduğu bildirilib.

Açıqlamada leysan yağışlardan zərər çəkənlərə kömək etmək üçün təcili yardım qruplarının sahədə olduğu və qəzalı yollarda təmir işlərinə başlanıldığı paylaşılıb.

Açıqlamada, yağışlardan zərər çəkənlərə ən qısa zamanda maddi dəstək vermələri ilə bağlı yerli hökumətlərə göstəriş verildiyi vurğulanıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

25 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin