Çin və Fransa İsrailin Rəfaha hücumuna qarşı çıxdı

17:16 - 7 May 2024

Çin və Fransa İsrailin Rəfaha hücumuna qarşı çıxdı

Çin lideri Si Cinpin və Fransa prezidenti Emmanuel Makron Çin liderinin Fransaya səfəri zamanı Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə yazılı açıqlama veriblər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bəyanatda liderlər Qəzzada mülki şəxslərin beynəlxalq humanitar hüquqa uyğun olaraq qorunmasının vacib olduğunu, belə bir əməliyyatın fələstinlilərin məcburi köçkünlüyünə və bölgədə daha geniş miqyaslı humanitar fəlakətə səbəb olacağını vurğulayıblar.

Bəyanatda Çin və Fransanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvləri kimi beynəlxalq hüquqa uyğun olaraq beynəlxalq təhlükəsizliyə və sabitliyə təhdidlərə qarşı konstruktiv həll yolları tapmaq üçün birlikdə çalışır.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin