İngiltərədə böyük xaos - Hava limanları sistemləri çökdü

15:35 - 8 May 2024

İngiltərədə böyük xaos - Hava limanları sistemləri çökdü

İngiltərənin paytaxtı Londonda Stansted, Qatvik və Hitrou hava limanlarında sistem nasazlığı səbəbindən uçuşlarda böyük fasilə yaranıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, pasportların əllə yoxlanması səbəbindən onlarla metr növbələr yaranıb.

Tezliklə məlum oldu ki, sözügedən nasazlıq bütün ölkə ərazisində yaşanıb.

İngiltərə Daxili İşlər Nazirliyi nasazlığın saat 02:10 radələrində aradan qaldırıldığını açıqlasa da, problemin kiberhücumdan qaynaqlandığını düşünmədiklərini bildiriblər.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin