Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur - VİDEO/FOTO

16:12 - 10 May 2024

Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur - VİDEO/FOTO

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə hazırda təmir işləri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Ziya Bünyadov prospektindən Akademik Həsən Əliyev küçəsinədək, “N.Nərimanov” metro stansiyası istiqamətində) aparılır. 

 

Manset.az xəbər verir ki, təmir çərçivəsində uzunluğu 910 metr təşkil edən küçə boyu frezlənmə, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri yerlərdə piyada səkilərinin bərpası işləri yerinə yetirilib.

Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. 

Qeyd edək ki, küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan digər qurumlarla koordinasiyalı şəkildə aparılır. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. 



Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin