Yasamalda 3 nəfər 1 “Mercedes” oğurladı

09:54 - 11 May 2024

Yasamalda 3 nəfər 1 “Mercedes” oğurladı

Yasamalda oğurladıqları “Mercedes” markalı avtomobili satmaq istəyən şəxslər saxlanılıblar.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, əməli törətməkdə şübhəli bilinən paytaxt sakinləri Nurlan Cəlilov, Vüsal Dadaşov və Emil Əliyev saxlanılıblar.

Onların oğurladıqları avtomobili satmaq istədikləri müəyyən olunub.

Nəqliyyat vasitəsi saxlanılanların gizlətdikləri ünvandan tapılaraq sahibinə təhvil verilib. Faktla bağlı 29-cu Polis Şöbəsində araşdırma aparılır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin