İki azyaşlı dəm qazından zəhərləndi - BİRİ ÖLDÜ

14:22 - 15 May 2024

İki azyaşlı dəm qazından zəhərləndi - BİRİ ÖLDÜ

Ağcabədidə 2 azyaşlı dəm qazından zəhərlənib, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Digərinin isə vəziyyəti ağırdır.



Manset.az Bizim.Mediaya istinadən xəbər verir ki, hadisə rayonun Boyat kəndində qeydə alınıb. 

Belə ki, Boyat kənd sakinləri Hümbətov Emil Emin oğlu və bacısı Hümbətova Filiz Emin qızı dəm qazından zəhərləniblər. Verilən məlumata görə, zəhərlənmə nəticəsində Emil Hümbətov həyatını itirib. F.Hümbətova isə Ağcabədi mərkəzi rayon xəstəxanasına çatdırılıb. 

Hazırda vəziyyətinin ağır olduğu deyilir.

Baş vermiş hadisə ilə bağlı yerli hüquq mühafizə orqanlarında araşdırma aparılır. 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin