Braziliyada sel fəlakətində ölənlərin sayı artdı

17:08 - 15 May 2024

Braziliyada sel fəlakətində ölənlərin sayı artdı

Cənubi Amerika ölkəsi Braziliyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində aprelin 29-da yağan leysan yağışların səbəb olduğu sel nəticəsində insan itkiləri artır.

 

Manset.az xarici KİV- ə istinadən xəbər verir ki, Rio Grande do Sul Mülki Müdafiə tərəfindən edilən açıqlamada sel fəlakətində həyatını itirənlərin sayının 149-a yüksəldiyi, 124 nəfərin isə itkin düşdüyü bildirilib. Daşqın səbəbindən 600 mindən çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığı, təxminən 155 min evin zərər gördüyü bildirilib.

Həmçinin bildirilib ki, 10,9 milyon əhalisi olan əyalətdə 2,1 milyon insan daşqınlardan zərər çəkib.

Yerli hakimiyyət orqanları Rio Qrande-du-Sulun paytaxtı Porto-Aleqredəki Quayba çayında suyun səviyyəsinin yaxın bir neçə gün ərzində rekord həddə çata biləcəyi barədə xəbərdarlıq edib.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin