ABŞ Mərkəzi Komandanlığı humanitar yardımların ötürülməsi üçün Qəzza zolağının sahillərində müvəqqəti körpü qurduğunu açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, verilən açıqlamada, körpünün inşasının bu səhər saat 07:40 radələrində başa çatdığı bildirilib.
“Bu səhər saat 07.40 radələrində ehtiyacı olan Fələstinli mülki şəxslərə əlavə humanitar yardım çatdırmaq missiyasını dəstəkləyən Birləşmiş Ştatların Mərkəzi Komandanlığı Qəzza sahilində müvəqqəti körpü qurdu. Bu səylərin bir hissəsi olaraq heç bir ABŞ əsgəri Qəzzaya daxil olmayıb. Yaxın günlərdə humanitar yardım daşıyan yük maşınlarının eniş etməyə başlaması gözlənilir. Birləşmiş Millətlər Təşkilatı yardımı alacaq və Qəzzaya paylanmasını koordinasiya edəcək”.
Əfsanə Rəcəb
Manşet.az