Rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

15:51 - 17 May 2024

Rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, mayın 19-u günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin