Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO

17:38 - 17 May 2024

Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO

Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub.

 

Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, nazirliyin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə vəzifəsindən azad olunub.

O, Mədəniyyət Nazirliyinin Daxili Nəzarət və Audit Şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinin icrası isə rəis müavini Həsrət Şabiliyə həvalə olunub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin