Bağırov körpüsündə son vəziyyət - VİDEO
22 Oktyabr 2024
09:52 - 21 May 2024
Dünya ölkələrində koronavirus infeksiyasının FLiRT ştammı yayılıb.
"Covid-19" infeksiyasının yeni variantının patogenliyi aşağı olsa da, yüksək yoluxdurma qabiliyyəti vardır.
Manset.az xəbər verir ki, virusoloq Anatoli Altşteyn TASS-a bildirib ki, yeni ştamm hələlik əhali üçün ciddi təhlükə yaratmır.
"Financial Times" yazıb ki, ABŞ-də yeni FLiRT ştammına yoluxma sürtlə artır. Mütəxəssislər bu yay yeni dalğanın olacağını istisna etmir.
Qeyd edək ki, "SARS-CoV-2" virusu, genetik materialında baş verən mutasiyalar nəticəsində yeni variantlar və ştammlar əmələ gətirir. Bu variantlar və ştammlar, müxtəlif yoluxuculuq, xəstəliyin ağırlıq dərəcəsi və peyvəndlərə qarşı müqavimət kimi xüsusiyyətlərə sahib ola bilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin