Bağırov körpüsündə son vəziyyət - VİDEO
22 Oktyabr 2024
15:11 - 21 May 2024
Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı altında dələduzluq edərək aldadan pakistanlı saxlanılıb.
Manset.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polisin Bakıda keçirdiyi tədbirlərlə Azərbaycana gəlmiş 3 Hindistan vətəndaşına qarşı dələduzluq etməkdə şübhəli bilinən Pakistan vətəndaşı 1993-cü il təvəllüdlü Shahid Kamran Ali saxlanılıb. O guya zərərçəkənlərə ABŞ-yə getməkdə köməklik edəcəyi vədini verərək onların maddi vəsaitini ələ keçirib.
Shahid Kamran Alinin törətdiyi qanunazidd əməllər barəsində araşdırmalar davam etdirilir. Onun hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin