Bağırov körpüsündə son vəziyyət - VİDEO
22 Oktyabr 2024
17:48 - 21 May 2024
Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.
Bakı şəhər DYP İdarəsindən verilən Manset.az-a məlumata görə, Nizami DYP-nin əməkdaşları tərəfindən manevr etmə qaydasını pozduğu üçün “Minsk” markalı, 99 G 236 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.
Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Sadıxov Elçin Qədəmşah oğlu saxlanılıb.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Sadıxovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin