Məşhur aktyorun ölümü ilə bağlı istintaq başladıldı

11:29 - 22 May 2024

Məşhur aktyorun ölümü ilə bağlı istintaq başladıldı

Məşhur “Friends” (Dostlar) serialındakı Chandler Bing obrazı ilə milyonların sevgisini qazanan aktyor Metyu Perrinin ölümü ilə bağlı istintaq başladılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Los-Anceles polisi açıqlama verib.

İstintaq çərçivəsində ketaminin kəskin təsirindən dünyasını dəyişdiyi açıqlanan aktyorun bədənindəki keyidici ketamini necə əldə etdiyi araşdırılacaq.

Qəza kimi qiymətləndirilən ölüm faktoru kimi boğulma da açıqlanıb. Los-Anceles Polis Departamenti açıqlamasında 54 yaşlı ulduzun ölümü ilə bağlı istintaq çərçivəsində Narkotiklərlə Mübarizə İdarəsi və ABŞ Poçt Müfəttişliyi Xidməti ilə işlədiklərini təsdiqləyib.

Onun ölümünə səbəb olan digər amillər koronar arteriya xəstəliyi və opioid istifadəsi pozğunluğunun müalicəsində istifadə edilən buprenorfinin təsiri müəyyən olunub.

Perri ölən zaman depressiya və narahatlıq səbəbi ilə ketamin müalicəsi aldığı bildirilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin