Dünən 26 yaşlı İsmayıllı rayon Kürdmaşı kənd sakini Qasımov Əli Elman oğlu itkin düşüb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, saat 17:00 radələrində yaşadığı kənddən bir neçə km aralıda olan gölə gedib.
İlkin məlumata görə, Ə. Qasımov çimmək üçün gölə girib, sonra ondan xəbər olmayıb.