Helikopterin qəzaya uğraması ilə bağlı ilkin hesabat açıqlandı

12:47 - 24 May 2024

Helikopterin qəzaya uğraması ilə bağlı ilkin hesabat açıqlandı

İran Baş Qərargahı prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianı daşıyan helikopterin qəzaya uğraması ilə bağlı ilkin hesabat dərc edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hesabatda qəza ilə bağlı texniki və ümumi məlumatların və tapıntıların toplanaraq qiymətləndirildiyi vurğulanıb və bəzi məlumatların qiymətləndirilməsinin vaxt aparacağı bildirilib.

Xəbərdə sözügedən helikopterin əvvəlcədən müəyyən edilmiş marşrutdan kənara çıxmadığı və pilotun qəzadan təxminən bir dəqiqə əvvəl digər iki helikopterin pilotları ilə əlaqə saxladığı qeyd edilib.

Hesabatda helikopterin hissələrində güllə və ya buna bənzər xarici obyektin izi olmadığı barədə məlumatlar da yer alıb.

İran Baş Qərargahı bildirib ki, qəzadan sonra helikopterdə yanğın baş verib.

Eyni hesabatda idarəetmə qülləsinin uçuş heyəti ilə apardığı müsahibələrdə heç bir şübhəli vəziyyətə rast gəlinmədiyi bildirilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin