Xamenei Rəisinin evinə gedib

01:02 - 25 May 2024

Xamenei Rəisinin evinə gedib

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei mərhum prezident İbrahim Rəisinin evinə baş çəkib.

 

Manset.az  İran KİV-nə istinadən xəbər verir ki, Xamenei Rəisinin ailəsinə bildirib ki, mərhum prezidentin dəfn mərasimində böyük izdiham İslam Respublikasının qüdrətinin sübutudur.

Ali rəhbər mərhum prezidentin ailə üzvləri ilə görüşüb, onlara təsəlli verib.

Xamenei Rəisinin ölümünü ölkə üçün böyük və əvəzedilməz itki kimi qiymətləndirib.

İbrahim Rəisi dünən Məşhəd şəhərində torpağa tapşırılıb.

Mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində prezidenti daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsinə dövlət başçısı İbrahim Rəisi ilə yanaşı, helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Mehdi Musəvi də həyatını itirib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin