Ermənistan Azərbaycanla sərhəddə müşahidə məntəqələri tikir

16:02 - 25 May 2024

Ermənistan Azərbaycanla sərhəddə müşahidə məntəqələri tikir

Ermənistan Azərbaycanla sərhədin Voskepar kəndi yaxınlığındakı delimitasiya olunmuş hissəsində sərhədçilər üçün müşahidə məntəqələrinin tikintisinə başlayıb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyana onun Tavuş vilayətinin sərhəd kəndlərinə səfəri çərçivəsində Voskepar kəndindəki Müqəddəs Məryəm kilsəsini ziyarət etdiyi zaman məruzə olunub.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının Baş Qərargah rəisi Edqar Unanyan baş nazirə kilsənin arxasındakı dərədə yerləşən sərhəd sütunlarından birini göstərib. Onun sözlərinə görə, Ermənistan tərəfi artıq sərhədçilər üçün müşahidə məntəqələrinin tikintisinə başlayıb.

“Biz altı müşahidə məntəqəsi quraşdırmışıq, Azərbaycan tərəfi isə hələ ki yollar çəkir, məntəqə quraşdırmayıb. Əldə olunan bütün razılaşmalar yerinə yetirilir”, - o bildirib.

Paçinyan Voskepardan sonra qonşu sərhəd kəndlərinə yollanıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin