Ukraynanın dövlət borcu açıqlandı

19:42 - 27 May 2024

Ukraynanın dövlət borcu açıqlandı

Ukraynanın dövlət borcu 6 milyard qrivna və ya 151,1 milyard dolları keçib.

 

Manset.az  xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Daniel Qetmantsev teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, aprel ayında Ukraynanın dövlət borcunun həcmi 1,5% artıb.

“Aylıq artım daxili bazarda borclanma və “Ukrayna Facility” proqramı çərçivəsində Avropa İttifaqından 1,5 milyard avro tranşın alınması ilə bağlıdır”, - deputat yazıb.

O qeyd edib ki, 2022-ci illə müqayisədə dövlət borcu təxminən 2,2 dəfə artıb.


Xəbər xətti

25 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin