"Sülh normal bir hal deyil" - Jozep Borrel

21:25 - 29 May 2024

\"Sülh normal bir hal deyil\" - Jozep Borrel

"Avropa unudub ki, sülh normal hal deyil, münaqişə daha normal vəziyyətdir, ona görə də indi Avropa İttifaqı (Aİ) tezliklə təhlükəsizlik sektorunda güclü oyunçuya çevrilməlidir".

 

Manset.az oxu.az-a istinadən bildirir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Jozep Borrel Brüsseldə keçirilmiş təhlükəsizlik məsələlərinə həsr olunmuş Şuman Forumunu açarkən deyib.

"Uzun müddətdir ki, Avropada sülh normal bir vəziyyət olub. Amma, deyəsən, biz unutmuşuq ki, sülh normal hal deyil, münaqişə daha çox normal haldır. Buna görə də Avropa İttifaqı indi müdafiə və təhlükəsizlik sahəsində bacarıqlı oyunçuya çevrilməlidir", - deyə o bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az