Meksikada bələdiyyə sədrliyinə namizəd kameralar qarşısında öldürüldü - VİDEO

13:23 - 30 May 2024

Meksikada bələdiyyə sədrliyinə namizəd kameralar qarşısında öldürüldü - VİDEO

Meksikada seçki kampaniyasının son günü Gerrero əyalətində bələdiyyə sədrliyinə namizəd Alfredo Kabrera kameralar qarşısında sui-qəsd nəticəsində öldürülüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qatil isə zərərsizləşdirilib.

Hökumət ötən ilin sentyabrından bəri yerli hakimiyyət orqanlarına namizəd olan ən azı 22 nəfərin öldürüldüyünü bildirib.

Anbaan qeydə alınan qətl zamanı bir nəfərin Alfredo Kabreraya yaxınlaşaraq bir neçə dəfə atəş açdığı görülüb.

Atışma səslərini eşidən hadisə yerində olanlar təşvişə düşüb və qışqıraraq qaçmağa başlayıblar. Başından güllə yarası alan Kabrera hadisə yerində həyatını itirib. 

Gerrero qubernatoru Evelin Salqado Koyuka de Benitez şəhərində müxalifət koalisiyasının namizədi Kabreranın "qorxaqcasına" öldürülməsini pisləyib.

Əfsanə Rəcəb

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az