Azərbaycan Kubokunun qalibi bu gün bəlli olacaq

09:09 - 02 İyun 2024

Azərbaycan Kubokunun qalibi bu gün bəlli olacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, finalda "Qarabağ" və "Zirə" komandaları üz-üzə gələcəklər.

"Liv Bona Dea Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" 83 xalla Azərbaycan Premyer Liqasının qalibi olub. 58 xal toplayan "Zirə" mövsümü ikinci sırada bitirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az