Ölən qızını vitrinə qoydu - 94 ildir eyni yerdədir: “Hər şey qızının ölümü ilə başladı”

14:43 - 5 İyun 2024

Ölən qızını vitrinə qoydu - 94 ildir eyni yerdədir: “Hər şey qızının ölümü ilə başladı”

Mumiyalanmış cəsədlər bu gün də dünyanın bir çox yerində diqqəti cəlb edir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ziyarətçilər 94 il əvvəl “Pascuala Esparza” adlı gəlinlik dükanının vitrininə qoyulan mankeni görmək üçün dünyanın müxtəlif yerlərindən Meksikaya axışırlar.

“La Pascualita” adlı maniken ilk dəfə 1930-cu ildə Meksikanın Çihuahua şəhərində gəlinlik mağazasının vitrinində görünüb.

Pəncərədə dayanan modelin görünüşü və enerjisi camaatı narahat edib və qorxuya salıb.

“La Pascualita” indiyə qədər görülmüş hər hansı cansız manekendən daha real idi. Yalnız onun üzü təəccüblü şəkildə süni idi. Bədəninin qalan hissəsi diqqətlə hazırlanmış kimi görünürdü. Əllərinin qıvraqlığı diqqətlə düşünülüb, hətta ayaqlarında varikoz damarları var idi.

“La Pascualita”nın ürkütücü real cizgiləri tez-tez yoldan keçənlərin diqqətini çəkirdi. Yerli sakinlər manekenin təkcə real insana deyil, həm də mağaza sahibi Pascuala Esparzanın vəfat etmiş qızına bənzəyişini deyirdilər.

Ağızdan ağıza yayılan məlumatlara görə, Pascuala Esparzanın qızı çox zəhərli hörümçək tərəfindən dişlənib və öz toy günü faciəvi şəkildə ölüb.

Qızının ölümündən sonra mağazasının vitrinində ölmüş qızına çox bənzəyən manekenin görünməsi onun ölən qızının modeli deyil, meyiti olduğu fikrini doğurub.

Bu, çox utopik bir fikir kimi görünə bilər. Lakin gəlinlik ustasının ölmüş qızının cansız manekenə bənzəməsi başqa bir ehtimalın ağlına gəlməyə imkan verməyib.

İllərdir mağazaya gedən müştərilər, mağazada gəzərkən “La Pascualita”nın gözlərinin onları izlədiyini və ya müştərilər arxa tərəfə çevrildikdə manekenin fərqli mövqeyə keçdiyini iddia ediblər. Bəziləri hətta deyirlər ki, “La Pascualita” gecələr canlanır və ruh kimi gəzir.

Onun varlığı hamını, həm müştəriləri, həm də mağaza işçilərini narahat edirdi. Deyilənə görə, keçmiş mağaza işçisi "Hər dəfə “Pascualita”ya yaxınlaşanda əllərim tərləyirdi. Onun əlləri çox real idi və hətta ayaqlarında varikoz damarları var idi. Mən onun əsl insan olduğuna inanıram" demişdi.

Lakin bunların hamısı sadəcə bir şaiədir. Çünki, manken illərdir kiçik gəlinlik dükanında sərgilənir. dünyanın müxtəlif yerlərindən ziyarətçilər onu görmək üçün Meksikaya axışırlar. Gəlin dükanının pəncərəsinə düşən günəşi, dükanın kiçikliyini və içəridəki temperaturu nəzərə alsaq, mankenin Esparzanın rəhmətlik qızına aid olması mümkün deyil.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin