"X" sosial şəbəkəsi "TikTok"a rəqib olacaq

10:37 - 6 İyun 2024

"X" sosial şəbəkəsi istifadəçi seçimlərinə uyğun olaraq axın videolarına baxmağa imkan verəcək platforma yaradır.


Manset.az xarici mətbuata əsasən xəbər verir ki,  Elon Muskun sosial media platforması X, TikTok və Instagram Reels-ə  rəqib olaraq yaradılıb.

Yeni platformada istifadəçilərin maraqlarına uyğun hazırlanmış həm qısa, həm də uzun videolar axını təqdim olunacaq və onlar onlayn yayımlar aparmaq funksiyası ilə yeni platformanın beta versiyasını sınaqdan keçirə biləcək.

Qeyd edək ki, bu platformanın yayın sonunda müəyyən bir istifadəçi qrupu üçün əlçatan olacağı gözlənilir. Sosial şəbəkə istifadəçiləri bu dəyişikliyi "TikTok"a bənzədiblər.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin