Zelenski Fransaya səfər etdi

16:08 - 6 İyun 2024

Zelenski Fransaya səfər etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Fransaya gedib.

 

Manset.az xəbər verir ki, o bu barədə özünün “X” sosial şəbəkəsində bildirib.

Prezident Zelenski qeyd edib ki, o, vacib görüşlər keçirəcək, eyni zamanda, müttəfiqlərin Normandiyaya daxil olmasının 80 illiyi ilə bağlı xüsusi tədbirdə iştirak edəcək.

"Müttəfiqlər o zaman Avropanın azadlığını müdafiə edirdilər, indi də ukraynalılar bunu edir. O zaman birlik qalib gəldi, bu gün də həqiqi birlik qalib gələ bilər", - Zelenski paylaşımında bildirib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin