“Dünyanın ən gözəl qadını” aldadıldı

15:29 - 7 İyun 2024

“Dünyanın ən gözəl qadını” aldadıldı

Məşhur aktyor Dilan Sprouzun bir çox moda jurnalları tərəfindən "dünyanın ən gözəl qadını" adlandırdığı həyat yoldaşı, model Barbara Palvini aldatdığı iddia edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Altı ildir birlikdə olan məşhur cütlük arasında xəyanət olduğu iddiası sosial mediada trend mövzusuna çevrilib.

Sprouse-un məşhur modeli 17 yaşlı sosial media fenomeni ilə aldatdığı iddia edilib. İddiadan sonra Palvinin sosial media hesablarından “Sprouse” soyadını silməsi iddianın doğru ola biləcəyini düşündürüb.

Hələlik nə Barbara Palvin, nə də Dylan Sprouse-dan mövzu ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, dünya şöhrətli macar model Barbara Palvin ötən iyul ayında Macarıstanın paytaxtı Budapeştdə kiçik bir kənddə amerikalı aktyor Dilan Sprouse ilə ailə həyatı qurub.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin